“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

“Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” İsrail klubunun legioneri ilə danışıq aparır

263017

“Qarabağ” heyətini yeni legionerlə gücləndirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, söhbət İsrailin “Hapoel”(Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturadan gedir.
 

Bu barədə Bolqarıstanın “KotaSport” portalı məlumat yayıb. Ağdam təmsilçisi braziliyalını təcili transfer etmək istəyir və bu məqsədlə külli miqdarda pul ödəməyə hazırdır.


O cümlədən “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib.

Bolqar həmkarlarımızın iddiasına görə, Ventura ilə ÇSKA(Sofiya) da maraqlanır.

Lakin onun “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir. Venturanın "Hapoel"lə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,4 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO