Mikayıl Cabbarov: “Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək” - VİDEO

Hazırda oxunan: Mikayıl Cabbarov: “Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək” - VİDEO

262983

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".

Bizim.Media Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, bu gün baş tutan mərasim birgə əməkdaşlıq nəticəsində hansı işlərin baş tuta biləcəyinin əyani göstəricisidir.
 

Nazirin onu da qeyd edib ki, Suriya bu gün normallaşma prosesinin başlanğıcını qoyur: "Çox qısa müddətdə bu prosesin reallaşması üçün böyük işlər görüldü. Bu hadisənin reallaşması birgə səylərin nəticəsidir. Bu layihənin icrası Türkiyənin dəstəyi olmadan baş tuta bilməzdi.


Qardaş ölkə olaraq Suriyanın inkişafına və bərpasına birgə dəstək göstəririk. Bu, birgə əməkdaşlığın nəticəsində mümkün olub", - Mikayıl Cabbarov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO