Bu il 100-dən çox şəxs ad və soyadını DƏYİŞDİRİB

Bu il 100-dən çox şəxs ad və soyadını DƏYİŞDİRİB

Hazırda oxunan: Bu il 100-dən çox şəxs ad və soyadını DƏYİŞDİRİB

262964

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soyadını özü şəxsən dəyişdirə bilər.
 

18 yaşı tamam olmamış şəxslərin adının, eləcə də soyadının dəyişdirilməsi isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.


Ölkəmizdə ad, soyad və ata adını dəyişdirmək istəyənlərin sayı da çoxdur.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində qeydiyyat orqanları tərəfindən 218 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi rəsmiləşdirilib.

Ad, soyad və ata adını dəyişdirmək üçün hara müraciət etmək lazımdır?

Bunun üçün vətəndaşlar ASAN xidmətə, ölkədə daimi yaşayan vətəndaş isə yaşayış yeri üzrə isə konsulluğa müraciət etməlidir.
 

Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə razılığı əsasında icazə verilir. Razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.


Bu zaman hər bir halda uşağın mənafeyini nəzərə alınır və 10 yaşı tamam olmuş uşaqdan onun fikri soruşulur.

Ad, soyad və ata adını dəyişdirmək üçün dövlət rüsumu 15 manatdır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO