Baş nazir İqtisadi Şuranı topladı, büdcə-vergi siyasəti müzakirə olundu - FOTO

Baş nazir İqtisadi Şuranı topladı, büdcə-vergi siyasəti müzakirə olundu - FOTO

Hazırda oxunan: Baş nazir İqtisadi Şuranı topladı, büdcə-vergi siyasəti müzakirə olundu - FOTO

262908

İqtisadi Şuranın avqustun 1-də növbəti iclası keçirilib, büdcə-vergi siyasəti müzakirə olunub.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
 

Bildirilib ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər yer alıb.


Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO