AQTA qarpız və yemiş məhsullarını monitorinq etdi

AQTA qarpız və yemiş məhsullarını monitorinq etdi

Hazırda oxunan: AQTA qarpız və yemiş məhsullarını monitorinq etdi

262885

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib.
 

Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.


Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriyaların olduğu barədə məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO