Bu ildırım dünya rekordu qırdı

Bu ildırım dünya rekordu qırdı

Hazırda oxunan: Bu ildırım dünya rekordu qırdı

262811

2017-ci ildə ABŞ-də meydana gələn şimşək çaxması dünya rekordu qırıb.

Bizim.Media xəbər verir ki, bu haqda Ümumdünya Meteorologiya Təşkilatı (WMO) hesabat dərc edib.

Hesabatda qeyd edilib ki, 2017-ci ilin oktyabrında ABŞ-də müşahidə edilən 829 kilometrlik təbiət hadisəsi ən uzun ildırım təyin edilib.

Bildirilir ki, sözügedən ildırım həmin ilin araşdırmalarına daxil edilməyib, lakin sonradan o aşkarlanıb və bu qənaətə gəlinib.
 

İldırım Texasın şərqindən Missuri ştatının Kanzas Siti şəhərinə qədər uzanıb. Açıqlamada qeyd olunub ki, bu uzunluq Fransanın Parisi ilə İtaliyanın Venesiya şəhərləri arasındakı məsafəyə uyğundur.


Qeyd edək ki, bundan öncəki rekord 2020-ci ilin aprelində ABŞ-də görülən 768 kilometrlik ildırım olub. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO