Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 99-RN-005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş.
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıb.
Qeyd edək ki, skuterlə hərəkət edən Ü.Əhmədova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 31.07.2025
Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - FOTO
Hazırda oxunan: Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - FOTO
Hazırda oxunan: Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - FOTO
262694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.