Viktor Osimhen bu gecə İstanbula GƏLİR

Viktor Osimhen bu gecə İstanbula GƏLİR

Hazırda oxunan: Viktor Osimhen bu gecə İstanbula GƏLİR

262500

"Qalatasaray" "Napoli"yə məxsus olan Viktor Osimhenin keçidini yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçunun transfer üçün İtaliya klubu ilə razılıq əldə edib.
 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Osimhen bu gecə İstanbulda olacaq. "Cim bom" 26 yaşlı forvard üçün İtaliya çempionuna 75 milyon avro təzminat ödəyəcək.


Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"In formasını geyinib.

Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO