İstanbul-Antalya reysini yerinə yetirən "Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə təyyarə eniş etdikdən sonra Antalya hava limanında baş verib.
Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.
Təhlükəsizliyi təmin etmək üçün sərnişinlər traplar vasitəsilə təyyarədən təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:08 / 30.07.2025
Antalyaya uçan təyyarədə həyəcanlı anlar: Sərnişinlər təxliyə edildi – VİDEO
Hazırda oxunan: Antalyaya uçan təyyarədə həyəcanlı anlar: Sərnişinlər təxliyə edildi – VİDEO
Hazırda oxunan: Antalyaya uçan təyyarədə həyəcanlı anlar: Sərnişinlər təxliyə edildi – VİDEO
262452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.