Ermənistanın BAŞI BƏLADA: Arbitraj Məhkəməsində 1,5 milyard dollar məbləğində iddialara baxılır

Ermənistanın BAŞI BƏLADA: Arbitraj Məhkəməsində 1,5 milyard dollar məbləğində iddialara baxılır

Hazırda oxunan: Ermənistanın BAŞI BƏLADA: Arbitraj Məhkəməsində 1,5 milyard dollar məbləğində iddialara baxılır

262391

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Daimi Arbitraj Məhkəməsində (Permanent Court of Arbitration) Ermənistan əleyhinə təxminən 1,5 milyard dollar məbləğində iddialar üzrə məhkəmə işlərinə baxılır.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Mənbə qeyd edir ki, hazırda 5 məhkəmə iddiası qüvvədə qalır.

Bu iddialar aşağıdakı şirkətlər tərəfindən irəli sürülüb:

Walnord Finance Limited, Amulsar Investor Ventures LLC, Sanitek С.a.r.l., Sari Haddad & Elias Doumet və Air Arabia.
 

Sonuncu iş Ermənistanın Milli Maraqlar Fondu (ANIF) ilə bağlıdır. Bu iş dövlət fondunun müflisliyi və vəsaitlərin mənimsənilməsi ilə əlaqəlidir.


Eyni zamanda bildirilir ki, Ermənistan hökuməti iki işi udub, onlardan biri Rasia FZE adlı investisiya şirkəti ilə bağlı olub.

Qeyd edək ki, Daimi Arbitraj Məhkəməsi dövlətlər və investorlar arasında beynəlxalq mübahisələri arbitraj yolu ilə həll edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO