“WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

“WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

Hazırda oxunan: “WhatsApp” “Facebook” və “Instagram”la birləşdi

262376

Meta şirkəti “WhatsApp”ın şirkətin digər platformaları olan “Facebook” və “Instagram”la inteqrasiyasını gücləndirən yeni funksiyanı istifadəyə verib.

Bizim.Media xəbər verir ki, “WhatsApp” istifadəçilərə profil şəkillərini bağlı olan “Facebook” və “Instagram” hesablarından idxal etməyə imkan verəcək.

Məlumata görə, yenilik WhatsApp”ın android üçün beta versiyasında müşahidə edilib.
 

İstifadəçilər profil menyusunda “Facebook” və “Instagram”dan profil şəkillərini idxal etmək variantlarını müşahidə ediblər. Bu funksiya istifadəçilərə bir toxunuşla digər sosial media hesablarından profil şəkillərini “WhatsApp”a köçürməyə imkan verəcək.


“WhatsApp” vurğulayıb ki, Meta Hesablama Mərkəzi vasitəsilə edilən bu əlaqə tətbiqin mövcud məxfilik mühafizəsinə təsir etməyəcək. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO