Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

Hazırda oxunan: Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi

262367

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu, Dördyol qəsəbə-2 uşaq bağçasının rüşvətalmada təqsirləndirilən sabiq müdiri Kəmalə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Quliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Quliyeva əvvəllər də oğurluğa görə məhkum edilib və ona Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, K.Quliyeva tələbə yoldaşı və rəfiqəsi olan Dilguşə İmanovadan onun həyat yoldaşını işə düzəltmək məqsədilə 2 min 300 manat rüşvət alıb. Daha sonra verdiyi sözə əməl etmədiyi üçün D.İmanovanın həyat yoldaşı bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO