Portuqaliyalı futbolçu ərəb klubunda - RƏSMİ

Portuqaliyalı futbolçu ərəb klubunda - RƏSMİ

Hazırda oxunan: Portuqaliyalı futbolçu ərəb klubunda - RƏSMİ

262347

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Portuqaliya millisinin 25 yaşlı hücumçusu Joao Feliksin transferini rəsmən açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda klubun X sosial şəbəkə hesabında məlumat verilib. Joao Feliks London “Çelsi”sindən transfer olunub.
 

Beləliklə, Joao Feliks “Əl-Nəsr”də millidəki kapitanı Kristiano Ronaldo ilə komanda yoldaşı olub. Transferin baş tutmasında Ronaldonun təsirinin çox olduğu haqda xəbərlər də yayılıb.


Mediada yayılan digər məlumata görə, transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonuslarla birlikdə bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Feliks 2024-cü ilin yayında Madridin “Atletiko” klubundan “Çelsi”yə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan” klubunda keçirmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO