Keçmiş yüksək vəzifəli məmur xərçəngə YOLUXDU

Keçmiş yüksək vəzifəli məmur xərçəngə YOLUXDU

Hazırda oxunan: Keçmiş yüksək vəzifəli məmur xərçəngə YOLUXDU

262326

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşovun səhhətində ciddi problemlər yaranıb.

Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, o, onkoloji (xərçəng) xəstəliyindən əziyyət çəkir.
 

A.Qaraşov xarici ölkələrdə və Azərbaycanda müayinə olunub, müalicə kursu keçib. Onun müalicəsi Milli Onkologiya Mərkəzində davam etdirilir. Keçmiş məmur kimyaterapiya alır.


Qeyd edək ki, Arif Xanoğlan oğlu Qaraşov 1953-cü ildə anadan olub. O, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO