Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) iddiasına görə, ABŞ və Böyük Britaniya son zamanlar Alp dağlarında gizli görüş keçirərək Ukrayna prezidentinin əvəzlənməsi məsələsini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, görüşdə Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna kəşfiyyat xidmətinin rəhbəri Kirill Budanov və silahlı qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı iştirak edib.
XKX-nin məlumatına əsasən, amerikalılar və britaniyalılar görüş zamanı Valeri Zalujnının Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək qərarını bildiriblər. Yermak və Budanov isə buna razı olduqlarını deyiblər.
Rusiya tərəfi iddia edir ki, Yermak və Budanov öz razılıqlarına qarşılıq olaraq hazırkı vəzifələrində saxlanılacaqları və digər kadr məsələlərində onların maraqlarının nəzərə alınacağı barədə "anqlosakslar"dan təminat alıblar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:42 / 29.07.2025
ABŞ və Britaniya Zelenskini əvəzləməyə namizəd tapdı – O KİMDİR?
Hazırda oxunan: ABŞ və Britaniya Zelenskini əvəzləməyə namizəd tapdı – O KİMDİR?
Hazırda oxunan: ABŞ və Britaniya Zelenskini əvəzləməyə namizəd tapdı – O KİMDİR?
262286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.