Azərbaycanın 60 saytına haker hücumu oldu

Azərbaycanın 60 saytına haker hücumu oldu

Hazırda oxunan: Azərbaycanın 60 saytına haker hücumu oldu

262265

Azərbaycanın “.az” domenində 60 veb-resursa haker hücumu olub.

Bizim.Media bu barədə “CYBER ON” şirkətinin apardığı monitorinq nəticəsinə istinadən xəbər verir.

Araşdırmalara əsasən, kibermüdaxilələrin 42 %-i təhlükəsiz kodlaşdırmanın düzgün aparılmaması, 58 %-i isə server sazlamalarının düzgün qurulmaması ilə bağlı olub.
 

Bundan əlavə müəyyən edilib ki, hücumların 18-i serverə, 13-ü isə kod səviyyəsində müdaxilələrlə bağlı olub. Qalan 29 halda isə hücumun mənbəyini və üsulunu müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, məlum olub ki, haker hücumuna məruz qalan 6 veb-resurs əvvəlki zəifliklər aradan qaldırılmadığı üçün təkrarən hədəfə çevrilib. Bu hallarda məsul şəxslər mövcud çatışmazlıqların aradan qaldırılması üçün effektiv tədbirlər görməyiblər.


Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 82 %-nin ABŞ, 5 %-nin Almaniya, 5 %-nin Azərbaycan, 4 %-nin Rusiya, 4 %-nin İngiltərədə saxlanıldığı (Hosting) müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO