İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33 isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:06 / 29.07.2025
Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək – PROQNOZ
Hazırda oxunan: Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək – PROQNOZ
Hazırda oxunan: Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək – PROQNOZ
262233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.