Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

Hazırda oxunan: Arif Babayevin son durumu AÇIQLANDI

262204

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Bu barədə Bizim.Media-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.

O bildirib ki, xəstənin öz tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:

"Eyni zamanda böyrək funksiyaları başda olamaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO