Rusiya Ukraynadakı həbsxanaya zərbə endirdi: Çoxsaylı ölən və yaralılar var - FOTO/VİDEO

Rusiya Ukraynadakı həbsxanaya zərbə endirdi: Çoxsaylı ölən və yaralılar var - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Ukraynadakı həbsxanaya zərbə endirdi: Çoxsaylı ölən və yaralılar var - FOTO/VİDEO

262188

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən cəzaçəkmə müəssisəsinə (həbsxanaya) zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Fedorovun sözlərinə görə, hücum nəticəsində azı 16 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.

Hadisənin dəqiq vaxtı və istifadə olunan silah növü hələlik açıqlanmayıb. Hücumun məqsədinin və həbsxanadakı vəziyyətin təfərrüatları da bəlli deyil.

Ukrayna tərəfi bu hücumu mülki obyektlərə qarşı yönəlmiş daha bir hərbi cinayət kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının bu addımlarına sərt reaksiya verməyə çağırıb.

Rusiya tərəfi hələlik bu iddialara münasibət bildirməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO