"5 avqustdan 28 avqusta qədər..." - Astroloqdan XƏBƏRDARLIQ

"5 avqustdan 28 avqusta qədər..." - Astroloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: "5 avqustdan 28 avqusta qədər..." - Astroloqdan XƏBƏRDARLIQ

262157

"5 avqustdan 28 avqusta qədər Merkuri retrosu olacaq. Retronun ilk 10 günü Qız bürcündə başlayıb daha sonra Şir bürcünə keçəcək". 


Sfera.az xəbər verir ki, bunu astroloq Rəşad Hacıyev bildirib.


“Bu retro bizim daha obsessiv olmağımıza, iş həyatımızla bağlı həll etmədiyimiz şeyləri həll etməyimizə və tamamlamağımıza səbəb ola bilər. İş həyatında yarım qalmış mövzular gündəmə gələ bilər.  Bu ərəfədə iş mövzusu ilə bağlı yeni addım atmaq məsləhət görülmür. 


Bu müddətdə özümüz, gücümüz, cəsarətimiz, xarakterimizlə bağlı həll etmədiyimiz, yarım buraxdığımız mövzular təkrar gündəmə gələcək və bizə ikinci şans veriləcək. Sevgi və münasibətlərlə bağlı da keçmiş mövzular gündəmə gəlib həll olunacaq. Bu dövrdə keçmiş sevgililər də geri dönə bilər. Retro ərəfəsində riskə getməmək olduqca faydalıdır”.


Rəşad Hacıyev qeyd edib ki, retro dövründə keçmişdə həll olmayan məsələləri həll etmək, iş və karyera ilə bağlı edilən səhvləri analiz etmək olduqca vacibdir:


“Bu ərəfədə keçmiş sevgili ilə barışmaq, yeni işə başlamaq, yeni müqavilələr imzalamaq məsləhət görülmür”.


Ülkər Abdurahmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO