“Bavariya”dan 75 milyonluq TRANSFER

“Bavariya”dan 75 milyonluq TRANSFER

Hazırda oxunan: “Bavariya”dan 75 milyonluq TRANSFER

262144

"Liverpul"un futbolçusu Luis Dias karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Bavariya" kolumbiyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Dias tibbi müayinədən keçmək üçün sabah Almaniyaya gedəcək. "Bavariya" 28 yaşlı vinger üçün onun klubuna 70+5 milyon avro təzminat ödəyəcək.

Təcrübəli oyunçu ilə 4+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib.

Kolumbiya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO