Keniyalı legioner Azərbaycan klubu ilə müqavilə İMZALADI

Keniyalı legioner Azərbaycan klubu ilə müqavilə İMZALADI

Hazırda oxunan: Keniyalı legioner Azərbaycan klubu ilə müqavilə İMZALADI

262136

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, komanda Keniya millisinin oyunçusu Şeron Çepçumba ilə müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Vyetnam "Hoa chat Durc Giang Lao Cai"sində keçirib. O, daha öncə Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

"Çumba" ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub.

Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO