“Beşiktaş” futbolçusunu Rusiya klubuna SATDI

“Beşiktaş” futbolçusunu Rusiya klubuna SATDI

Hazırda oxunan: “Beşiktaş” futbolçusunu Rusiya klubuna SATDI

262101

"Beşiktaş"ın müdafiəçisi Baxtiyor Zaynutdinov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, "Dinamo" qazaxıstanlı futbolçunu transfer edib. 

Rusiya klubu Zaynutdinov üçün "Beşiktaş"a 2,8 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş"  Baxtiyor Zaynutdinovu 2023-cü ilin yayında Moskva ÇSKA-sından transfer etmişdi. Qazaxıstan millisinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO