Qərbin Qarabağla bağlı məkrli planı var - Əli Hacızadədən XƏBƏRDARLIQ

Qərbin Qarabağla bağlı məkrli planı var - Əli Hacızadədən XƏBƏRDARLIQ

Hazırda oxunan: Qərbin Qarabağla bağlı məkrli planı var - Əli Hacızadədən XƏBƏRDARLIQ

26209

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “BBC”yə müsahibəsi səs-küy doğurub. Jurnalist suallarına cavablarında Sarkisyanın toxunduğu məsələlərə aydınlıq gətirmək üçün politoloq Əli Hacızadə ilə əlaqə saxladıq.

Politoloq cavabının əvvəlində vurğuladı ki, “Hər şeydən öncə unutmayaq ki, Serj Sarkisyan hərbi cinayətkardır və onun cinayətləri bir tək Azərbaycan xalqına qarşı deyil, həm də öz millətinə qarşı törədilib. Onun bu son müsahibəsi bir növ həm də özünə bəraət qazandırmaq məqsədi güdür, Sarkisyan özünü az qala sülh göyərçini kimi təqdim edir”. 

Bizim.Media-ya açıqlamasının davamında Əli Hacızadə başqa nüansları da aydınlaşdırdı.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak qətnaməsi - DƏHŞƏTLİ FAKTLAR


Dəqiqləşən ilk məqamlardan biri də odur ki, Sarkisyanın dedikləri yalnız Serjin özünün sözləridir:

“Onun danışıqlar prosesi barədə və mümkün həll variantı haqqında dedikləri sadəcə onun sözləridir, biz bunun həqiqiliyinə şübhə ilə yanaşa bilərik. Ancaq burada maraqlı məqam ATƏT-in Minsk qrupunun və BMT xətti ilə qondarma DQR-in tanınması istiqamətində mümkün təzyiqi məsələsidir. Bu faktor kifayət qədər realdır və bizi bu reallıqdan Ali Baş Komandan İlham Əliyev və mübariz ordumuz xilas etdi. Zənn edirəm ki, Ermənistanın qərbdəki havadarları DQR-in müstəqillik kartından gələcəkdə istifadə etməyə cəhd edə bilərlər. Odur ki, biz ayıq-sayıq və güclü olmalıyıq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO