Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək

Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək

Hazırda oxunan: Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək

262054

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsində əksini tapıb.
 

Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.


Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, möhlət hüququ yalnız qeyd olunan şərtlərə cavab verən şəxsləri əhatə edir və 20 yaş tamam olduqdan sonra hərbi xidmətə çağırış qüvvədə qalır.

Məlumat üçün bildirək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş son dəyişikliklə ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara da 20 yaşınadək hərbidən möhlət hüququ verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO