Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO/VİDEO

Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO/VİDEO

Hazırda oxunan: Aptekdən oğurluq edən şəxs tutuldu - FOTO/VİDEO

262026

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb.
 

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum edilmiş 21 yaşlı Murad Muradov saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO