Natiq Qasımovun qardaşı: “Anam son nəfəsində “Balama qovuşacağam” dedi” – FOTO/VİDEO

Natiq Qasımovun qardaşı: “Anam son nəfəsində “Balama qovuşacağam” dedi” – FOTO/VİDEO

Hazırda oxunan: Natiq Qasımovun qardaşı: “Anam son nəfəsində “Balama qovuşacağam” dedi” – FOTO/VİDEO

262020

"Mən xoşbəxt anayam ki, Natiqin yanına gedirəm, balama qovuşacam". 

Bu sözləri son nəfəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova söyləyib. 

Qəhrəmanın qardaşı Nofəl Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, anası uzun illərdir xəstəlikdən əziyyət çəkirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Milli qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ


"Anam Natiqin şəhidlik zirvəsinə ucaldığını bilsə də daim ürəyində onun nə vaxtsa sağ olduğu haqda xəbəri eşitmək ümidi var idi.

Uzun illər bütün aidiyyatı təşkilatların və qurumların qapısını döydük. Təəssüf ki, heç bir  nəticəsi olmadı. Nə qədər ki, cəllad Balasanyan digərləri kimi qolu qandallı Azərbaycan həbsxanasına gətirilməyib, qardaşımın sağ olub-olmamasını, nəşinin harda olduğunu bilməyəcəyik. Sağ olsun Ali Baş Komandan İlham Əliyev, Natiq Qasımovun qəhrəmanlığını ən yüksək səviyyədə qiymətləndirdi.

Qardaşıma Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Haqqında sənədli film hazırlandı. Anam bundan qismən də olsa təsəlli tapdı. Amma xəstəlik imkan vermədi. Sonda " Qəhrəman oğlumun yanına gedirəm" dedi.

Məlumat üçün bildirək ki, Milli Qəhrəman Natiq Qasımovun anası, 1942-ci il təvəllüdlü Dursun Qasımova uzun sürən ağır xəstəlikdən sonra dünən vəfat edib. Mərhum Gəncədə Səbiskar qəbiristanlığında torpağa tapşırılacaq.











Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO