Nazirlik 190 manatla bağlı məlumat YAYDI

Nazirlik 190 manatla bağlı məlumat YAYDI

Hazırda oxunan: Nazirlik 190 manatla bağlı məlumat YAYDI

26201

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi sentyabrdan işsiz vətəndaşlara 190 manat veriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, agentliyin sədr müavini Nihad Muxtarlı deyib ki, 190 manat pandemiya dövründə verilirdi: 

“Artıq pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayır. Altı dəfə 190 manat ödənişi olub, hazırda 190 manat ödənişi dayanıb. Bundan sonra 190 manatın verilməsi birbaşa Nazirlər Kabinetinin qərarlarından asılıdır”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO