Sərnişin qatarı relsdən çıxdı - Ölən və yaralananlar var - FOTO / VİDEO

Sərnişin qatarı relsdən çıxdı - Ölən və yaralananlar var - FOTO / VİDEO

Hazırda oxunan: Sərnişin qatarı relsdən çıxdı - Ölən və yaralananlar var - FOTO / VİDEO

261950

Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.

DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.

“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.

Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO