Rusiyada bütün paradlar ləğv olundu - Ukrayna dronları...

Rusiyada bütün paradlar ləğv olundu - Ukrayna dronları...

Hazırda oxunan: Rusiyada bütün paradlar ləğv olundu - Ukrayna dronları...

261944

Rusiya bu il Hərbi Dəniz Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün hərbi dəniz paradlarını təhlükəsizlik riski səbəbindən ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qərarın səbəbi kimi Ukraynanın pilotsuz uçuş aparatları ilə artan hücum təhlükəsi göstərilir.
 

Xüsusilə son aylarda Krımda və Rusiya ərazisinin dərinliklərindəki obyektlərə edilən dron hücumları bu narahatlığı daha da artırıb.Məlumatlara görə, paradların ləğvi Moskvada, Sankt-Peterburqda və Sevastopolda planlaşdırılan tədbirlərə də şamil olunub.


Analitiklər bildirirlər ki, bu qərar Rusiya cəmiyyətində artan təhlükə hissinin göstəricisidir və Ukraynanın asimmetrik müharibə üsullarının artıq Rusiya daxilində real təsir gücünə malik olduğunu sübut edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO