Şuşanı zibilləyənlərlə bağlı tədbirlər görülür - VİDEO

Şuşanı zibilləyənlərlə bağlı tədbirlər görülür - VİDEO

Hazırda oxunan: Şuşanı zibilləyənlərlə bağlı tədbirlər görülür - VİDEO

261783

Şuşa şəhərində ictimai qaydanın qorunması, ərazidə təmizliyin və sanitariya normalarının təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.

“Əhalinin sıx toplaşdığı yerlərdə insanlarla maarifləndirici söhbətlər aparılır, ərazinin təmiz saxlanmasının vacibliyi izah olunur.

Qeyd olunur ki, Şuşa bizim qürurumuzdur, gəlin onu təmiz və nümunəvi saxlayaq. Bütün vətəndaşlardan qaydalara əməl etmələri, təbiətə və ictimai mühitə qarşı məsuliyyətli davranmaları xahiş olunur”, - paylaşımda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO