40 min zəvvar yoxa çıxdı

40 min zəvvar yoxa çıxdı

Hazırda oxunan: 40 min zəvvar yoxa çıxdı

261736

Pakistanın Dini İşlər Nazirliyi son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Bəluc Fəallarının Kampaniyası” adlı Teleqram kanalı da sənədlərə və mənbələrə istinadən yaydığı açıqlamada yoxa çıxan zəvvarların İranla əlaqəli olduğunu bildirib.

Məlumata görə, bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub.

Kampaniya qeyd edir ki, SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən bu qruplar uzun illərdir Pakistan və Əfqanıstan gənclərini ziyarət adı ilə İrana gətirir, daha sonra isə onları SEPAH-a məxsus hərbi təlim düşərgələrinə yerləşdirərək müxtəlif hərbi və ideoloji təlimlərə cəlb edirlər. (BakuPost)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO