Britaniya yaxın vaxtlarda Fələstin dövlətini TANIYACAQ

Britaniya yaxın vaxtlarda Fələstin dövlətini TANIYACAQ

Hazırda oxunan: Britaniya yaxın vaxtlarda Fələstin dövlətini TANIYACAQ

261680

Britaniya artıq bu ilin payızında Fələstin dövlətini tanıya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Devid Lemmi dövlət qulluqçuları ilə görüşü zamanı bildirib.

Lakin bu məsələ Britaniya hökumətində mübahisəli olaraq qalır. Bildirilir ki, baş nazir Starmer hələlik tanınmanı bloklayır, çünki ABŞ ilə sıx münasibətləri qoruyub saxlamağa çalışır.

Vaşinqton və Paris Londona bu planlardan imtina etməsi üçün təzyiq göstərir.

Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron sentyabr ayında Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO