Sürücülərin NƏZƏRİNƏ: Sabah saat 08:00-dan…

Sürücülərin NƏZƏRİNƏ: Sabah saat 08:00-dan…

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Sabah saat 08:00-dan…

261670

Sabah səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər bir sıra ünvanlarda yol təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar aşağıdakılardır:

- Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);

- Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);

- Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).

Nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı yollar isə aşağıdakılardır.

- Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);

- Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);

- Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).

Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinədək) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazilərdə 26 iyul saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO