Gəncə şəhər stadionu nə vaxt hazır olacaq? – FOTO

Gəncə şəhər stadionu nə vaxt hazır olacaq? – FOTO

Hazırda oxunan: Gəncə şəhər stadionu nə vaxt hazır olacaq? – FOTO

261477

Gəncə şəhər stadionunda yenidənqurma işləri davam edir.

Bizim.Media xəbər verir ki, artıq tribunalarda oturacaqlar quraşdırılır, arenanın 3-cü MDB Oyunlarının açılışına qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra xarici ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

Xatırladaq ki, 1964-cü ildə istismara verilən Gəncə şəhər stadionu 2024-cü ildə sökülüb və həmin il aprelin 9-da yenidən inşasına başlanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan "Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərinin (Birinci mərhələ) satın alınması" tenderinin qalibi "İnşaatçı 3" MMC olub. Şirkətlə 15 milyon manat məbləğində müqavilə imzalanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO