“Oğlum atasını heç vaxt görmədi” – Həsənrizə köçən Gülgəz Məmmədova

“Oğlum atasını heç vaxt görmədi” – Həsənrizə köçən Gülgəz Məmmədova

Hazırda oxunan: “Oğlum atasını heç vaxt görmədi” – Həsənrizə köçən Gülgəz Məmmədova

261444

"Köçkün düşəndə həyat yoldaşım yenicə şəhid olmuşdu. Mən bu həyatı heç kimə arzulamıram. Çox ağır günlər yaşadıq. Şükür Allaha o günlər geridə qaldı", - deyə Ağdərənin Həsənriz kəndin köçən Gülgəz Məmmədova deyib.
 

Gülgəz Məmmədova şəhid Oktay Məmmədovun həyat yoldaşıdır. O.Məmmədov Kəlbəcər istiqamətində şəhid olanda ailənin tək oğul övladı bir neçə gün imiş doğulubmuş. Ailə məcburi köçkün kimi Bərdədə ağır şəraitdə yaşayıb. İndi isə "Böyük qayıdış" çərçivəsində doğma yurda qayıdır.


"Atasını heç vaxt görə bilmədiyi oğlumla, gəlinimlə, nəvələrimlə Həsənirzə qayıdıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, başda prezidentimiz İlham Əliyev olmaqla bütün qazilərin canı sağ olsun. Mən artıq çox xoşbəxtəm", -deyə o, əlavə edib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO