Amur vilayətində Tında şəhərinin hava limanından bir neçə kilometr aralıda Rusiyaya məxsus An-24 sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, göyərtəsində 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub.
Bütün mövcud resurslar və vəsaitlər axtarış işində iştirak edir.
“Məlumata görə, Amur vilayətində, Tında şəhərinin hava limanına yaxın ərazidə "Angara" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi radarlardan itib və əlaqə kəsilib”, – deyə rəsmi açıqlamada bildirilir. Təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə hərəkət edirmiş.
Aviasiya Qəzalarının Araşdırılması üzrə Dövlətlərarası Komissiya (MAK) hadisəni araşdırır.
Bizim.Media