9 oğlana 1 qız - Ailələr niyə qız övladından İMTİNA edir?

9 oğlana 1 qız - Ailələr niyə qız övladından İMTİNA edir?

Hazırda oxunan: 9 oğlana 1 qız - Ailələr niyə qız övladından İMTİNA edir?

261295

ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına əsasən, əgər indiki demoqrafik meyillər davam edərsə, 30 ildən sonra Azərbaycanda hər 9 oğlana cəmi 1 qız düşəcək. Bu isə ölkədə ciddi gender disbalansı təhlükəsi yaradacaq.
 

MÖVZU İLƏ BAĞLI :

Alimentlə birgə ödənilən borc - Boşananlara PİS XƏBƏR


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, cəmiyyətdə valideynlərin yalnız oğlan övladı istəməsi kimi fikir artıq keçmişdə qalıb:

“Düşünmürəm ki, bu gün valideynlər qız övladı istəmir. Həmin zehniyyət artıq aradan qalxıb. Müasir dövrdə valideynlərin sırf oğlan arzulaması tendensiyası müşahidə olunmur. Burada əsas məsələ, azuşaqlı ailələrin formalaşmasıdır.

 

Artıq ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Əvvəllər bir ailədə 5-6 uşaq olurdusa, onların dördü qız ola bilərdi. İndi isə uşaq sayı azaldığı üçün bu nisbət dəyişib. Bu da qız övladının sayına təsir edir”, - deyə o, bildirib.



Deputatın sözlərinə görə, vəziyyətin əsas səbəbi ailələrin övlad sayını məhdudlaşdırması və ailə planlamasında fərqli yanaşmaların artmasıdır.

O, bildirib ki, cinsiyyətə görə seçim etmək sağlam yanaşma deyil və bu mövzu ilə bağlı maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO