İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK

İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK

Hazırda oxunan: İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK

261289

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

Bizim.Media xəbər verir ki, islahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.

Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
 

İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.


Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır.

Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO