Sabahın hava PROQNOZU: Bəzi rayonlarda yağış yağacaq

Sabahın hava PROQNOZU: Bəzi rayonlarda yağış yağacaq

Hazırda oxunan: Sabahın hava PROQNOZU: Bəzi rayonlarda yağış yağacaq

261261

İyulun 24-də gözlənilən hava proqnozu açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şətaitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
 

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41° isti dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO