Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadənin əməliyyat üçün xəstəxanaya yerləşdirilməsindən bir neçə saat sonra baş verib.
Məlumata əsasən, azyaşlı uşaq əməliyyatdan təxminən 3-4 saat sonra vəfat edib.
Hazırda faktla bağlı araşdırma aparılır. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:48 / 22.07.2025
Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb
Hazırda oxunan: Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb
Hazırda oxunan: Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb
261165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.