Toyundan sonra qızılları götürüb qaçan Hüseyndən XƏBƏR VAR – FOTO

Toyundan sonra qızılları götürüb qaçan Hüseyndən XƏBƏR VAR – FOTO

Hazırda oxunan: Toyundan sonra qızılları götürüb qaçan Hüseyndən XƏBƏR VAR – FOTO

261114

Türkiyədə nikahdan cəmi üç gün sonra qəfil itib-batan futbol məşqçisi Hüseyn Cumhur Acarın müəmmalı yoxa çıxmasının səbəbləri bəlli olub.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, gənc kişi bir neçə gündür davam edən axtarışlardan sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Yeni evlənmiş cütlüyün toydan sonra planlaşdırdığı xoşbəxt həyat, Acarın gözlənilməz şəkildə ortadan itməsi ilə yarımçıq qalıb. O, son dəfə həyat yoldaşının iş yerinə gələrək “tez qayıdacağam” deyə bildirib və daha sonra izsiz şəkildə aradan çıxıb. Onunla əlaqə saxlamaq mümkün olmayanda ailəsi dərhal polisə müraciət edib.
 

Aparılan istintaq zamanı ortaya çıxıb ki, Acar uzun müddətdir internet vasitəsilə qumar və mərc oyunları oynayırmış. Xüsusilə "şəkər sürüşdürmə" adlı onlayn oyun və müxtəlif mərc platformaları onun həyatını alt-üst edib. Evləndikdən cəmi üç gün sonra isə təxminən 2 milyon TL (təqribən 84 min AZN) borca düşdüyü üçün çıxış yolunu qaçmaqda görüb. Məlumata görə, o, toy zamanı toplanan qızıl və pulları da özü ilə götürərək ortadan qeybə çəkilib.


Acarın ailəsi onun təhlükəsizliyindən narahat olaraq, borc səbəbilə bu addımı atdığını düşünür. Onlar bildiriblər ki, övladlarının sağ-salamat geri dönməsi üçün evlərini belə satmağa hazır idilər.

Acarın tapılması ailə üçün böyük rahatlıq olsa da, üzləşdikləri maliyyə çətinlikləri hələ də gündəmdədir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO