“Zirə”dən ayrılmaq istəyən Rafael Utsiq komandaya qayıtmaq istəyir.
Bizim.Media xəbər verir ki, bir müddət öncə klubun toplanışına icazəsiz qatılmayan, daha sonra isə başqa kluba keçmək istəyən yarımmüdafiəçi özünə yeni klub tapa bilməyib. Məhz bu səbəbdən o komandaya qayıtmaq üçün klub rəhbərliyindən icazə istəyib.
Qeyd edək ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıxov Utsiqin düşərgəyə vaxtında qatılmadığı üçün böyük məbləğdə cərimələnəcəyini bildirmişdi. Braziliyalının isə “Zirə” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
11:09 / 22.07.2025
“Zirə”ni tərk edən legioner komandaya qayıtmaq istəyir
Hazırda oxunan: “Zirə”ni tərk edən legioner komandaya qayıtmaq istəyir
Hazırda oxunan: “Zirə”ni tərk edən legioner komandaya qayıtmaq istəyir
261097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.