Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,32 % azalaraq 71,23 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,18 ABŞ dolları idi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:11 / 22.07.2025
Neftimiz ucuzlaşdı
Hazırda oxunan: Neftimiz ucuzlaşdı
Hazırda oxunan: Neftimiz ucuzlaşdı
261088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.