“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

Hazırda oxunan: “Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

261055

"Ştutqart"ın yarımmüdafiəçisi Entso Miyo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Qalatasaray" fransalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
 

İstanbul nəhəngi Miyonun meneceri ilə danışıqlara başlayıb. "Sarı-qırmızılar" 23 yaşlı oyunçuya cəlbedici maaş təklif edib. Fransa U-21 millisinin sabiq üzvü "Qalatasaray"ın təklifinə isti yanaşıb.


Futbolçunun Almaniya klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma məbləği var. "Cim bom" bu məbləği ödəsə, transfer rəsmiləşəcək.

Qeyd edək ki, Entso Miyo ötən mövsüm "Ştutqart"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO