Nərminin köklüyünü ələ saldılar - VİDEO

Nərminin köklüyünü ələ saldılar - VİDEO

Hazırda oxunan: Nərminin köklüyünü ələ saldılar - VİDEO

260965

Aparıcı Elgiz Əkbər müğənni Nərmin Kərimbəyovanın artıq çəkisini efirdə ələ salıb. 

Bizim.Media xəbər verir ki, "Elgizlə izlə" proqramına qatılan sənətçi onun sözlərini zaraftla qarşılayıb.

"Nərmin heç ac qalıb? Heç inanmıram (gülür). Mənə elə gəlir ki... Sən hansı şəraitdə böyümüsən?" deyə, Elgiz söyləyib.

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Ac qalmayıb, ver mən də yeyim, deyib" deyərək, gülüb.

 

"Elə zarafatlaşırsınız ki... Çox məmnunam həyatımdan. Aclığımdan da, toxluğumdan da məmnunam. 1990-cı illərdə biz də çətin dövrdən keçmişik" deyə, Nərmin cavab verib. 


Proqramda yer alan müğənni Elvin Babazadə isə "Nərminin kökəlməyinin səbəbi qardaşına qaraciyərindən bir parça verməsidir. Nərmin hər zaman fit olub. Bu gün həmin əməliyyata görə Nərmin kökəlir. İnsan ailəsi üçün fədakarlıq edib. Bəziləri köklüyünə görə onu qınayırlar. Arxada elə şeylər var ki, onlara toxunmaq olmaz" cavabını verib.  (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO