Rusiyanın atdığı raket Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığına düşdü – VİDEO

Rusiyanın atdığı raket Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığına düşdü – VİDEO

Hazırda oxunan: Rusiyanın atdığı raket Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığına düşdü – VİDEO

260932

Bu gün Rusiya ordusu yenidən Ukraynanın dinc şəhərlərinə genişmiqyaslı kombinə edilmiş raket və dron zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın yerli hakimiyyət orqanları yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə dron hücumu: Ölən və xəsarət alanlar var – FOTO-VİDEO


Hücum nəticəsində bir neçə bölgədə ciddi dağıntılar və tələfat qeydə alınıb:

Paytaxtda çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektləri zədələnib. Həmçinin “Lukyanovskaya” metro stansiyası zərər görüb və müvəqqəti olaraq giriş-çıxış üçün bağlanıb. Şəhərdə bir neçə yerdə yanğınlar qeydə alınıb. 

Rəsmi məlumatlara görə, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Raketlərin biri isə Kiyevdə yerləşən Azərbaycan səfirliyinin 100 metr yaxınlığında yerləşən “Lvov kvartalı”na düşüb.

Azərbaycan səfirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb. 
 

İvano-Frankovsk vilayəti tammiqyaslı müharibənin başlanmasından bəri ən ağır hücuma məruz qalıb. İnfrastruktur obyektləri zərər görüb, 4 nəfər yaralanıb.


Xarkov şəhərindəki sənaye müəssisəsində güclü yanğın baş verib. Həmçinin çoxmərtəbəli binalar və avtomobillər zərər çəkib.

Ukrayna rəsmiləri hücumun ballistik raketlər və "Shahed" tipli kamikadze dronlarının kombinasiyası ilə həyata keçirildiyini bildirirlər. Hücumların məqsədinin mülki əhalini qorxutmaq və kritik infrastruktura zərbə vurmaq olduğu qeyd olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO