“Qarabağ” sabah İrlandiyaya yollanacaq

“Qarabağ” sabah İrlandiyaya yollanacaq

Hazırda oxunan: “Qarabağ” sabah İrlandiyaya yollanacaq

260892

“Qarabağ” gələn həftə UEFA Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır.

Bizim.Media xəbər verir ki, İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə hazırlaşır.

“Köhlən atlar” Bakını oyundan iki gün əvvəl tərk edəcək. İyulun 21-də saat 15:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq.

İyulun 22-də Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq, bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.

Qeyd edək ki, iyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO