Rusiya Donetsk vilayətində daha 5 kəndi ələ keçirdi

Rusiya Donetsk vilayətində daha 5 kəndi ələ keçirdi

Hazırda oxunan: Rusiya Donetsk vilayətində daha 5 kəndi ələ keçirdi

260841

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən bir neçə yaşayış məntəqəsində irəliləyərək Kotlyarovka, Novonikolayevka, Poddubnoye, Verxnekamenskoye və Fyodorovka kəndlərini nəzarətə götürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müharibə xəritələrini yeniləyən analitik platforma (DeepState) məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu şərq cəbhəsində təzyiqləri artırmağa davam edir və son günlər ərzində bir sıra istiqamətlərdə irəliləyiş qeydə alınıb.
 

Həmçinin qeyd olunur ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Yablonovka kəndini itirib, eləcə də Toretsk və Yunakovka istiqamətində Rusiya qüvvələri müəyyən mövqelərdə irəliləmə əldə ediblər.


DeepState-in məlumatları Ukrayna Müdafiə Nazirliyinin rəsmi təsdiqi olmasa da, döyüş bölgələrindən gələn vizual və geolokasiya sübutlarına əsaslanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO