Rusiyada bank hesabı açmadan edilən pul köçürmələri üçün yeni limit mayın 30-dan qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, prezident Vladimir Putin tərəfindən imzalanan qərara əsasən, bu cür əməliyyatların məbləği 100 min rublu keçməməlidir.
Qayda sadələşdirilmiş identifikasiya ilə, o cümlədən elektron pul kisələri vasitəsilə aparılan əməliyyatlara şamil olunur.
Əvvəllər bu transferlər məbləğlə məhdudlaşdırılmasa da, yeni limit çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı beynəlxalq tələblərlə əlaqədar tətbiq olunub.
100 min rubldan çox köçürmələr üçün artıq tam şəxsiyyət yoxlaması tələb olunacaq.
Bundan əlavə, 2025-ci il mayın 15-dən oğurlanmış pulların nağdlaşdırılmasında istifadə olunan “damcı hesablar”la mübarizə məqsədilə yeni məhdudiyyətlər qüvvəyə minəcək. Şübhəli hesablar üzrə şəxslərə aylıq köçürmə limiti 100 min rubl olacaq. (News24.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:54 / 19.07.2025
Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ
Hazırda oxunan: Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ
Hazırda oxunan: Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ
260692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.